EN

10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır / FOTO

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Şəkildə gördüyünüz bu şəxs – 02.04.1984-cü il təvəllüdlü Babayev Eldar Subxanoviç Rusiya vətəndaşı olan azərbaycanlıdır. Saratov şəhərində qeydiyyatdadır. 10 gündür rəhmətə getsə də, heç bir yaxınının bu haqda məlumatı yoxdur.

Eldar Babayevin fotosu redaksiyamıza “Hürriyyət”in Rusiyadakı oxucuları tərəfindən daxil olub. Onlar bu fotonun morqda çalışan əməkdaşlar tərəfindən göndərildiyini və yaxınlarının axtarıldığını bildirirlər.

Oxucularımız deyir ki, qarşıdakı 1-2 gün ərzində mərhumun yaxınları ilə heç bir əlaqə yaratmaq mümkün olmasa, cənazəsi yandırılacaq.

“Hürriyyət” oxucularından xahiş edirik ki, fotoda gördüyünüz bu şəxsi - Babayev Eldar Subxanoviçi tanıyan olsa, yaxınlarına məlumat versinlər.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
1
hurriyyet.az

2Sources