EN

Azərbaycan və Almaniya arasında yanvar-avqust aylarındakı ticarət dövriyyəsinin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasındaticarət əməliyyatlarının həcmi 1,032 milyard (ABŞ) dollar təşkiledib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin anolojidövrü ilə müqayisədə 51,3 milyon dollar və ya 5,2 faiz çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanınümumdaxili məhsulunun (ÜDM) 3,2 faizini təşkil edib. Beləcə,Almaniya Azərbaycanın ticarət əməliyyatlarının həcminə görəəməkdaşlığ etdiyi ölkələr arasında beşinci yerdə qərarlaşıb.

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan Almaniyayaixrac 466,3 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 24 milyon ABŞ dolları və ya 5,4 faiz azdır.Eyni zamanda, göstərilən dövrdə Almaniyadan Azərbaycana idxal 566,9milyon dollar olub ki, bu da illik ifadədə 27,8 milyon ABŞ dollarıvə ya 5,1 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanümumilikdə 32,1 milyard ABŞ dolları həcmində xarici ticarətəməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 3,6 faiz çoxdur. İxracın payına 18,2 milyard ABŞdolları, idxalın payına isə 12,8 milyard ABŞ dolları düşüb.Beləliklə, illik ifadədə ixrac 6,4 faiz azalıb, idxal isə 17,9 faizartıb.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources