EN

Yusif Eyvazov: Əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır

Bakı, 18 sentyabr, AZƏRTAC

Hazırda “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrın 27-də bu möhtəşəm opera təqdim olunacaq. Maraqlıdır ki, Cüzeppe Verdi və digər dünyaşöhrətli İtaliya bəstəkarlarının musiqi ruhunu bu operada hiss etmək mümkündür. Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünyanın musiqi xəzinəsinin bir parçasına çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.

“Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən biri də bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaqdır. Belə dəyərli operaların beynəlxalq tamaşaçılara təqdim olunması çox vacibdir. Mədəniyyət Nazirliyi və dövlətimiz bu layihəyə dəstək verir. Bizim əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır",-deyə Y.Eyvazov söyləyib.

Chosen
13
7
azertag.az

9Sources