AZ

Yusif Eyvazov: “Koroğlu” operası dünya səhnələrinə çıxarılacaq

BAKI, 18 sentyabr. TELEQRAF

"Bu gün18 sentyabr, Azərbaycanda musiqi bayramıdır. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.

"Hazırda mən “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrın 27-də bu möhtəşəm opera təqdim olunacaq. Maraqlıdır ki, Cüzeppe Verdi və digər dünya şöhrətli İtaliya bəstəkarlarının musiqi ruhunu bu operada hiss etmək mümkündür. Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünyanın musiqi xəzinəsinin bir parçasına çevrilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən biri də bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaqdır. Belə dəyərli operaların beynəlxalq tamaşaçılara təqdim olunması çox vacibdir. Mədəniyyət Nazirliyi və dövlətimiz bu layihəyə dəstək verir.
Bizim əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır",-deyə Y.Eyvazov əlavə edib.

Seçilən
4
7
teleqraf.com

9Mənbələr