“Karyeramdakı ən yaxşı oyunlardan birini keçirdim”.
Msport.az xəbər verirki, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
Müdafiəçi “Benfika”ya qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb: “Qələbə qazandığımız üçün xoşbəxtəm. “Benfika” kimi komandaya qarşı kifayət qədər yaxşı performans göstərdik. Çempionlar Liqasındakı rəqabət tamamilə fərqlidir. Əldə etdiyimiz nəticə isə qürurvericidir”.
Qeyd edək ki, “Qarabağ” Lissabonda rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək.