AZ

Kevin Medina: Əldə etdiyimiz nəticə qürurvericidir”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Karyeramdakı ən yaxşı oyunlardan birini keçirdim".

İdman.biz xəbər verirki, bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.

Müdafiəçi Portuqaliyada "Benfika"ya qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb: "Qələbə qazandığımız üçün xoşbəxtəm. "Benfika" kimi komandaya qarşı kifayət qədər yaxşı performans göstərdik. UEFA Çempionlar Liqasındakı rəqabət tamamilə fərqlidir. Əldə etdiyimiz nəticə isə qürurvericidir".

Qeyd edək ki, "Qarabağ" Lissabonda rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
icma.az

3Mənbələr