EN

Gəncədəki qəzada xəsarət alanların son durumu (YENİLƏNİB)

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

17.09.2025-ci il tarixində saat 23:40 radələrində 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir, onların vəziyyətləri orta ağırdır.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər pasiyent (qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.

***  00:17

Gəncədə zəncirvari  qəza olub, xəsarət  alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
unikal.az

1Sources