EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 264 Bakı şəhəri, 16 sentyabr 2025-ci il

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2302 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən və “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 429 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 57 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın 2-ci hissəsi üzrə:

1.2.1. 2.1-ci bənddə “dövlət büdcəsinin” sözləri “mədaxil” sözü ilə əvəz edilsin;

1.2.2. 2.1.2 – 2.1.6-cı yarımbəndlər ləğv edilsin;

1.2.3. 2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.9-cu yarımbənd əlavə edilsin:

“2.1.9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr.”.

2. Bu Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın 2.1.2 – 2.1.4-cü və 2.1.6-cı yarımbəndlərinə münasibətdə 2025-ci il yanvarın 1-dən, həmin Qaydaların 2.1.5-ci yarımbəndinə münasibətdə 2023-cü il oktyabrın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
22
xalqqazeti.az

1Sources