EN

Şampun seçərkən bunlara diqqət edin!

Saç baxımında düzgün şampun seçimi vacibdir. Müxtəlif saç tipləri fərqli ehtiyaclar tələb edir və istifadə olunan məhsul buna uyğun olmalıdır.

 

Pravda.az bildirir ki, şampun alarkən tərkibə diqqət yetirilməlidir. Sülfat, formaldehid, paraben, ftalat kimi maddələr dərini qıcıqlandıra, saçları quru və cansız edə bilər.

 

Əvəzində, sülfatsız təmizləyicilər (məsələn, sodyum kokoil glutamat, desil qlükozid), bitki yağları (argan, jojoba, kokos) və vitaminlərlə zəngin maddələr tövsiyə olunur.

 

Tökülən saçlar üçün: minoksidil, niasin

 

Buruq saçlar üçün: gliserin, təbii yağlar

 

Düz saçlar üçün: keratin, proteinlər

 

Boyalı/quru saçlar üçün: yumşaq təmizləyicilər, nəmləndirici yağlar

 

Kəpəkli saçlar üçün: sink, ketokonazol

 

Yağlı saçlar üçün: dərin təmizləyici, çay ağacı yağı

 

Qeyd: Saç tipinizi tanıyın və uyğun məhsulu seçin – sağlam saçların sirri buradadır.

 

Əminə Bayramova

Tarix: 18 Sentyabr 2025, 10:17   
Chosen
10
pravda.az

1Sources