EN

Çempionlar Liqası: Qurban Qurbanov lider, Simeone və Qvardiola onu izləyir

Çempionlar Liqasının hazırkı mövsümündə ən uzun müddət bir komandanı çalışdıran baş məşqçilər müəyyənləşib.

Operativ Media xəbər verir ki, siyahıya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov liderlik edir. O, artıq 17 ildən çoxdur ki, Ağdam təmsilçisinin sükanı arxasındadır.

İkinci yerdə “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone, üçüncü pillədə isə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qərarlaşıb.

“Kayrat”ın çalışdırıcısı Rafael Urazbaxtin isə siyahıda 27-ci yeri tutur. Onun baş məşqçi kimi fəaliyyət müddəti bir ildən bir qədər çoxdur. Qeyd edək ki, bu, Urazbaxtinin peşəkar futbolda ilk baş məşqçilik təcrübəsidir.

Ən qısa müddətə komandanı çalışdıran mütəxəssislər arasında Kasper Yulman önə çıxır. O, Leverkuzen “Bayer”inə sentyabrın 8-dən rəhbərlik etməyə başlayıb və hələlik yalnız bir görüş keçirib. Qarşıdakı oyun Yulmanın Avrokuboklarda karyerasında cəmi yeddinci qarşılaşması olacaq.

Xatırladaq ki, danimarkalı mütəxəssis 2012-ci ildə “Norsselyand”la Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.

Chosen
78
operativmedia.az

1Sources