EN

Melaniya Tramp və Kraliça Kamilla Ukrayna bayrağının rənglərində banketə qatılıb

Vindzor qəsrində təşkil olunan dövlət ziyafətində seçilən geyimlər diqqət çəkib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və Böyük Britaniya kralı III Karlın xanımı kraliça Kamilla Vindsor qəsrində keçirilən dövlət ziyafətinə mavi və sarı rəngli libaslarda qatılıblar. Bu rənglər birlikdə Ukrayna bayrağını simvolizə edir. Reuters Agentliyinin yaydığı kadrlarda xanımların geyimləri xüsusi diqqət çəkib.

Ziyafət Donald Trampın Böyük Britaniyaya dövlət səfəri çərçivəsində təşkil olunub. Tədbirdə, həmçinin Uels şahzadəsi Uilyam, onun xanımı şahzadə Keyt və kral ailəsinin digər üzvləri iştirak ediblər.

Səfər proqramı çərçivəsində Tramp cütlüyü qarşılama mərasimində, dar çərçivədə keçirilən naharda və Müqəddəs Georgi kilsəsində II Yelizavetanın məzarına əklilqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə həyat yoldaşının Ukrayna böhranı ilə bağlı mövqeyini neytral adlandırıb və onun müharibənin bitməsini dəstəklədiyini vurğulayıb. Avqust ayında Donald Trampın sözlərinə görə, Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinə məktub göndərib, məktubda Ukraynadakı uşaqların vəziyyətinin həlli ilə bağlı müraciət yer alıb. Trampın bildirdiyinə görə, Putin bu müraciətə müsbət reaksiya verib.

Poliqon.info

Chosen
44
poliqon.info

1Sources