EN

Gömrükdə bəyan edilməyən malların ölkəyə gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 20 ədəd müxtəlif markalı xəz dəri məmulatları, 400 ədəd breket dəsti, 143 ədəd stomatoloji sahədə istifadə olunan dəst və 46 ədəd süni taxma saç aşkar edilib.

Chosen
8
14
sia.az

10Sources