Niderlanda Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin bu ölkədə “mənzillə təmin olunması üçün” 14 milyon avro ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Niderland xarici işlər naziri Devid van Vil Ermənistandan olan həmkarı Ararat Mirzoyanla görüşünün nəticələrinə istinadla məlumat verib.
Nazir maliyyənin Qlobal Güzəştli Maliyyə Fondu vasitəsilə ayrılacağını bildirib.