EN

Məktəblərə təlimat gəldi: Şagirdlərə bu geyimlər qadağan edildi

Bəzi İtaliya məktəbləri şagirdlər üçün geyim qadağaları tətbiq edib.

Publika.az ANSA-ya istinadən bildirir ki, başqa şeylərlə yanaşı şagirdlərə qısa ətək və hündürdaban ayaqqabı geyinməyi qadağan edən geyim kodu verilib.

Çərşənbə günü İtaliya məktəb direktorları şurası məktəblərə "eksentrik" geyimlər - qısa ətəkləri, açıq gödəkçələri, sinifdə papaqları, həmçinin platforma ayaqqabılarını qadağan edən yeni geyim kodu üçün təlimatlar göndərib.

Qaydalar siyahısına dərs zamanı papaq və ya “kapşon” geyinmək qadağası da daxildir. Bəzi hallarda oğlanlara səliqəsiz və ya həddindən artıq uzun saqqal, qızlara uzun dırnaqlar saxlamaq da yasaq edilib.

ANSA xəbər verir ki, İtaliyada hər dərs ilinin əvvəlində məktəb direktorları sirkulyarlar çıxarmaqla və hətta bu il nəyin qadağan olunduğunu izah edən vərəqələr yaymaqla şagirdlərin uyğun olmayan geyimlərini məhdudlaşdırmağa çalışırlar.

Chosen
37
publika.az

1Sources