EN

Bu müsəlman ölkəsində internet qadağan edildi


Əfqanıstanda internet qadağan edilib. "Ali lider" Heybətullah Axundzadənin ölkə daxilində fiber-optik internet və Wi-Fi-ı qadağan etmək qərarı qətidir və geri alınmazdır. Bu barədə mənbələrə istinadən "Afghanistan International" məlumat yayıb. Nəşr qeyd edib ki, artıq Əfqanıstanın 34 əyalətindən 10-da internet xidməti işləmir. Bundan başqa Qəndəharda "ali lider"lə görüşmək üçün Kabildən gələn hökumət nümayəndə heyəti arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. Mənbələrin bildirdiyinə görə, Axundzadə sırf dövlət qurumları və diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni şirkətin yaradılmasına göstəriş verib.

Mətləb

Chosen
19
5
baki-xeber.com

6Sources