EN

Elmə yenilik gətirməyən yüzlərlə magistr işi yazılır

"Magistratura pilləsində yazılan işlərin çoxu, təəssüf ki, sadəcə kağız üzərində qalır. Onların əksəriyyəti nə elmə yenilik gətirir, nə də sonradan istinad olunur. Problem təkcə tələblərin yumşaqlığında deyil, sistemin özündədir".

Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib.

Onun sözlərinə görə, elmi rəhbərlik çox vaxt formal xarakter daşıyır və tələbələrə real istiqamət verilmir:

168056

"Resurs çatışmazlığı, beynəlxalq mənbələrə çıxışın məhdudluğu, tələbələrin elmi motivasiyasının aşağı olması, sadəcə magistr diplomu ilə ali təhsili tamamlamaq düşüncəsi keyfiyyətli işlərin yazılmasına laqeyd münasibət yaradır. Əlavə olaraq, qiymətləndirmə mexanizmi də formal yanaşmaya əsaslanır. İşin məzmununa deyil, sadəcə yazılıb-yazılmamasına diqqət edilir.

Əgər bu yanaşma dəyişməsə, magistr işlərinin sayı çox olacaq, amma dəyəri olmayacaq. Bu isə nəticədə kağız yığınına çevriləcək. Tələblərin sərtləşdirilməsi müəyyən qədər fayda verə bilər, amma bu proses balanslı aparılmalıdır. Elmi yönümlü proqramlarda ciddi tələblər tətbiq olunmalı, peşəkar yönümlü proqramlarda isə praktik layihələr ön plana çəkilməlidir.

Əks halda, magistratura sadəcə formal bir diplom mərhələsinə çevriləcək və gənclərin gözündə dəyərini tamamilə itirəcək. Əslində məsələ sadədir: ya keyfiyyəti artıracağıq, ya da magistr diplomlarının cəmiyyət üçün heç bir çəkisi qalmayacaq".

Chosen
5
azedu.az

1Sources