EN

Gəncədə 3 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Gəncədə xəsarətlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Hərəkətdə olan “Ford Tranzit“ markalı yük maşını ilə “BMW” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü P. Verdiyev, 1993-cü il təvəllüdlü M. Abdullayeva, 1976-cı il təvəllüdlü R. Yusifov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

Chosen
26
bizim.media

1Sources