EN

Tramp İsrailin HƏMAS-a qarşı əməliyyatından və onu dayandırmaq istəməməsindən narazıdır

ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatları atəşkəslə bağlı danışıqlardan üstün tutan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır.

Operativ Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb .

Onların mənbələrinə görə, Trampın qıcıqlanması xüsusilə İsrailin Qətərə zərbə endirməsindən sonra daha da güclənib. Müşavirləri ilə danışan Amerika lideri Netanyahunun onu ələ saldığı fikrini bildirib.

Qəzet qeyd edir ki, Tramp narazılığına baxmayaraq, İsrailə qarşı sərt tədbirlər görməkdən çəkinir. Nəşr bunu Trampla Netanyahu arasında yaxşı şəxsi münasibətlərlə əlaqələndirir. Adı açıqlanmayan bir neçə amerikalı məmur "The Wall Street Journal"a deyib ki, Tramp İsrailin baş naziri ilə isti münasibəti ilə fəxr edir və onu korlamaq istəmir. Amerika lideri həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına sadiqdir və bunu əsas diplomatik məqsəd hesab edir.

Chosen
32
4
operativmedia.az

5Sources