EN

Həkim xəbərdarlıq edir: Xiyarın çox istifadəsi şişkinliyə səbəb ola bilər

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Xiyar, sağlam qidalanma rasionunda tez-tez yer alan faydalı tərəvəzlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzin həddindən artıq istehlakı mədə-bağırsaq sistemində şişkinlik yarada bilər.

Bu barədə terapevt Sabina Şafikova "RIA Novosti" agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, xiyar az miqdarda lif tərkibli olsa da, bu, metabolizmin sürətlənməsinə, qan xolesterinin səviyyəsinin tənzimlənməsinə və qan damarlarının sağlamlığına müsbət təsir göstərir.

Xiyar eyni zamanda C və K vitaminləri, maqnezium və kalium kimi faydalı maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin düzgün fəaliyyəti üçün vacibdir.

Lakin həkim vurğulayıb ki, xiyarın miqdarına diqqət edilməlidir. Onun normadan artıq istehlakı bəzi insanlarda şişkinlik və narahatlıq hissinə səbəb ola bilər.

Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
4
news.milli.az

10Sources