EN

Donald Trampın təyyarəsi ilə sərnişin təyyarəsi arasında təhlükəli həddə yaxınlaşma qeydə alınıb

London, 18 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampı daşıyan prezident təyyarəsi “Air Force One” Nyu-York üzərində uçarkən sərnişin təyyarəsi ilə təhlükəli dərəcədə yaxınlaşıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hadisə Trampın Böyük Britaniyaya dövlət səfərinə yola düşdüyü gün baş verib. Florida ştatındakı Fort Loderdeyldən Boston istiqamətində uçan “Spirit Airlines” reysi prezident təyyarəsinin marşrutuna yaxınlaşdığı üçün aviadispetçer pilotu dəfələrlə xəbərdar edərək istiqaməti dəyişməyə göstəriş veriblər.

“NBC News”un yayımladığı səs yazısında aviadispetçerin pilota dəfələrlə “20 dərəcə dönməyi” tapşırdığı və diqqətli olmağa çağırdığı eşidilib. İnsident nəticəsində hər hansı zərər və ya xəsarət qeydə alınmayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Chosen
30
1
azertag.az

2Sources