EN

Vindzor qəsrində Donald Trampın şərəfinə dövlət ziyafəti verilib (FOTO)

Bakı. Trend:

Vindzor qəsrində ABŞ Prezidenti Donald Tramp və birinci xanımMelaniya Trampın şərəfinə dövlət ziyafəti təşkil olunub.

Trend xəbər verirki, Kral III Çarlz çıxışına Tramp və həyat yoldaşını BöyükBritaniyada qarşılamaqdan duyduğu məmnuniyyəti ifadə etməkləbaşlayıb. O, ziyarəti unikal və əhəmiyyətli adlandıraraq, iki ölkəarasındakı yaxın münasibətlərin təzahürü olduğunu bildirib. Kralqeyd edib ki, Böyük Britaniya və ABŞ ilin əvvəlində imzalananticarət sazişindən də irəli gedərək iqtisadi əməkdaşlıq sahəsindədaha böyük addımlar ata bilər.

Kral Trampın dünyada sülh yaratmaq istiqamətindəki səylərinə dətoxunaraq, prezidentin dünyadakı ən çətin münaqişələrə həll yollarıtapmaq üçün şəxsi öhdəliyini xüsusi vurğulayıb. O, eyni zamandauzun illərdir şəxsi qayəsi olan ətraf mühitin qorunmasınınvacibliyini xatırladıb. Çıxışını yekunlaşdıran kral bildirib ki,Böyük Britaniya və ABŞ arasındakı münasibətlər dəfələrlə sınaqdançıxsa da, hər zaman ortaq məqsədlərin yükünü daşıyıb və daha yaxşıdünya naminə yeni ambisiyalar formalaşdırıb.

“Ölkələrimiz tarixdə mövcud olmuş ən yaxın müdafiə,təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını qurub,” – deyə kral qeydedib.

Prezident Donald Tramp onu və həyat yoldaşını qonaqpərvərlikləqarşılayan kral və kraliçaya təşəkkürünü bildirib. O, Vindzorqəsrində ikinci dəfə dövlət səfəri çərçivəsində qarşılanmağınxüsusi imtiyaz olduğunu vurğulayıb.

Tramp ABŞ və Böyük Britaniya arasındakı güclü münasibətlərədiqqət çəkib.

Vindzor
Vindzor
Vindzor
Chosen
17
2
az.trend.az

3Sources