EN

Trampdan Kral III Çarlza simvolik qılınc hədiyyəsi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri çərçivəsində BöyükBritaniya Kralı III Çarlza general Duayt Eyzenhauerin qılıncınınnüsxəsini təqdim edib.

Trend xəbər verirki, Bukingem sarayının məlumatına görə, bu hədiyyə “İkinci dünyamüharibəsində qələbə üçün həyati əhəmiyyət kəsb edən tarixitərəfdaşlığın” simvolu kimi təqdim olunub. Saray bəyan edib ki,qılınc ABŞ və Böyük Britaniya arasında davamlı dəyərləri vəəməkdaşlıq ruhunu təcəssüm etdirir.

Kraliça Kamillaya isə 18 karatlıq qızıldan hazırlanmış, brilyantvə yaqutlarla bəzədilmiş "Tiffany & Co." vintaj çiçək broşu hədiyyəolunub.

Trampa öz növbəsində Vindzor qəsrindəki Kral cildləməatelyesində hazırlanmış, 1776-cı il Müstəqillik Bəyannaməsinin250-ci ildönümünə həsr olunmuş əl işi kitab, eləcə də Trampınandiçmə günü – yanvarın 20-də Bukingem sarayında dalğalanan bayraqhədiyyə edilib.

Birinci xanım Melaniya Tramp isə Kraliçanın monoqramı olan gümüşminalanmış qab və dizayner Anya Hindmarçdan fərdi çanta alıb.

Kral ailəsi həmçinin ABŞ prezidentinə və xanımına baş hərflərihəkk olunmuş gümüş foto çərçivə təqdim edib.

Chosen
30
1
az.trend.az

2Sources