BAKI, 18 sentyabr. TELEQRAF
İsraillə təhlükəsizlik paktının imzalanması istiqamətində davam edən danışıqlar yaxın günlərdə nəticə verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Dəməşqdə jurnalistlərə bildirib.
O, təhlükəsizlik paktını "zərurət" kimi təsvir edib.
Əhməd əl-Şaraa qeyd edib ki, bu pakt Suriyanın hava məkanına və ölkənin ərazi bütövlüyünə hörmətə əsaslanmalı, həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən monitorinq edilməlidir.