EN

Avropa İttifaqından İsrailə qarşı sərt addım

Avropa Komissiyası İsrailə və bəzi ifrat sağçı şəxslərə qarşı yeni sanksiyalar paketi hazırlayıb. Təklifə görə, İsrail ilə mövcud azad ticarət sazişinin dayandırılması nəzərdə tutulur. Lakin bunun qüvvəyə minməsi üçün üzv dövlətlərin yetərli səs çoxluğu ilə razılıq verməsi tələb olunur.

News24.az xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas həmçinin iki İsrail nazirinə, irqi hücumlarda iştirak edən məskunlaşma tərəfdarlarına və HƏMAS üzvlərinə qarşı da sanksiya siyahısı təqdim edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bu istiqamətdə tədbirlərin hazırlanmasının vacibliyini vurğulayıb. O, eyni zamanda Fələstinin tanınmasının önəmli olduğunu qeyd edib.

İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar Avropada geniş etiraz doğurub. Lakin bir çox Aİ ölkəsi ABŞ-nin reaksiyasından çəkinərək sanksiya tətbiq etməkdən yayınır.

Hazırda yalnız İrlandiya, Hollandiya və İspaniya İsrailə qarşı mütəmadi sanksiyalar tətbiq edir. Əksər Aİ üzvləri isə nə İsrailə sanksiya qoyur, nə də Fələstini rəsmi şəkildə tanıyır.

Xeyrənsə Piriyeva

Chosen
146
news24.az

1Sources