EN

Narkotik vasitələrin daşınmasına qarşı əməliyyat-axtarış tədbirləri gücləndiriləcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri və profilaktik tədbirlər gücləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məsələ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.

Chosen
15
2
azertag.az

3Sources