EN

“Neftçi”nin apellyasiyası qəbul edilmədi

Apellyasiya Arbitraj Tribunalının növbəti toplantısı keçirilib. Msport.az xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə baxılıb.

1. “Neftçi” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 29.08.2025-ci il tarixdə Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” futbol klubunun heyətində çıxış edən 5 nömrəli oyunçu İqor Ribeyronun təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılması, “Neftçi” PFK-nın 3000 manat cərimə edilməsi (maddə 45.1) barədə AFFA İntizam Komitəsinin 03.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Chosen
44
3
msport.az

4Sources