EN

İsraildən Dəməşqə təklif - Şərtlər yerinə yetirilsə, Suriyanı tərk edəcəyik…


İsrailin Suriyaya yeni təhlükəsizlik razılaşması təklif etdiyi iddia edilir. Amerikanın “Axios” xəbər saytı Suriya hökumətinin bir neçə həftə əvvəl təqdim etdiyi təklifə hələ də cavab vermədiyi və Dəməşqin əks təklif təqdim etməyə çalışdığını iddia edir.

Məlumatda adı açıqlanmayan mənbələrə istinadən bildirilir ki, Təl-Əvivin təqdim etdiyi iddia edilən təklif Suriya ilə İsrailin işğalı altında olan Qolan təpələri arasındakı bufer zonanın Suriya tərəfinə doğru 2 kilometr genişləndirilməsi nəzərdə tutur.

Suriya əsgərlərinin və ağır silahların bufer zonasının yaxınlığında yerləşdirilməsinə icazə verilməyəcək. Bununla belə, Suriya polisi və daxili təhlükəsizlik qüvvələri bufer zonasının yaxınlığında fəaliyyət göstərə biləcəklər.

Təklif həmçinin, Dəməşqin cənub-qərbindən Qolan təpələrinə qədər olan bütün ərazinin Suriya təyyarələri üçün uçuşa qadağan zonası elan edilməsini tələb edir.

Bu şərtlərin müqabilində İsrail 2024-cü ilin dekabrından tutduğu Suriya ərazilərindən strateji əhəmiyyətli Hermon dağı istisna olmaqla, mərhələli şəkildə geri çəkilməyi təklif edir.

Anonim mənbə bildirib ki, İsrailin əsas hədəfi Suriya üzərindən İrana hava dəhlizi açılmasıdır ki, bu da gələcəkdə İsrailin İrana potensial hücumlarını asanlaşdıracaq.

TAHİR

Chosen
74
baki-xeber.com

1Sources