EN

"Avropadan azarkeşliyi öyrənməliyik" -

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərə yollanan “Qarabağ” Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı ilə məğlub edərək tarixi qələbəyə imza atıb. Qələbə ilə bağlı Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Metbuat.az-a fikirlərini bölüşüb. O bildirib ki, “Qarabağ”ın qələbəsinə hər zaman inanıb: “”Qarabağ” komandası həmişə olduğu kimi möhtəşəm bir oyun göstərdi. Qurban Qurbanov kənardan sakit görünsə də, oyuna hazırlığı ilə hər kəsi çaşdırdı. Portuqaliyalıları da gözlənilməz taktika ilə çaşdırdılar. Çox gözəl oyun, gözəl tamaşa oldu. “Qarabağ” meydanda təkcə 11 futbolçu ilə deyil, həm də minlərlə azarkeşin dəstəyi ilə vuruşurdu”. A.Abbas rəqibin stadionundakı azarkeş coşqusundan da bəhs edib: “Stadionda on minlərlə insan komandanı ruhlandırır, mahnılar oxuyurdu. Təəssüf ki, bizdə azarkeşlik ruhu tam şəkildə hiss olunmur, sanki teatra gəlmiş kimi sakit dayanırlar. Mən arzulayıram ki, azarkeşlərimiz Avropadan həm də dəstəkləmə mədəniyyətini öyrənsin. Gördünüzmü, stadiondakı 40-50 min adamın hamısı “Benfika”nın formasını geyinmişdi. Bəs bizdə “Qarabağ”ın, “Neftçi”nin, “Sabah”ın oyunlarında neçə nəfər komandanın formasını geyinir? Ən çox 50-100 nəfər. Biz azarkeşliyi öyrənməliyik. Həm də unutmamalıyıq ki, azarkeşlik yalnız qələbə anında yox, məğlubiyyətdə də komandanın yanında olmaqdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
25
2
metbuat.az

3Sources