EN

Ərdoğandan Netanyahuya: “Qüdsün murdarlanmasına icazə vermərik”

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunun ona xitabən dediyi “Qüds sizin deyil, bizim şəhərimizdir” sözlərinə cavab verib.

Bakupost.az xəbər verir ki, Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinin yeni binasının təməlqoyma mərasimində bu mövzuya toxunub:

“Qüdsdəki haqlarımızdan geri addım atmayacağıq. Qüdsün murdarlanmasına icazə vermərik, boş sözlərlə işimiz yoxdur. Burada bunu da çox açıq şəkildə ifadə etmək istəyirəm, əziz dostlarım: Əsrlər boyu İslamın bayrağını daşıyan bir millətin övladları olaraq, dörd yüz il boyunca Müqəddəs Qüds şəhərinə xidmət etmənin şərəfini yaşadıq. Netanyahu bunları bilməz. Hitlerə bənzəməyə çalışan bu tiplərin içindəki kin heç vaxt keçməyəcək".

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
www.bakupost.az

1Sources