EN

Şuşada binaların elektrik təchizatına 1,3 milyon manat xərclənəcək

BAKI, 17 sentyabr. TELEQRAF

Şuşada “Mərkəzi küçə” ərazisində yerləşən FD-04 nömrəli ofis binası və FD-10 nömrəli yaşayış binasının elektrik təchizatının təmin edilməsi məqsədilə zəruri işlərin həyata keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, müvafiq işlərə 1 milyon 317 min 148 manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, işlərə "Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs nəzarət edəcək.

Chosen
17
1
teleqraf.com

2Sources