EN

Türkan qəsəbəsində dənizkənarı yol zibilliyə qərq olub

Xəzər rayonunun Türkan qəsəbəsində dənizkənarı yol boyunca antisanitariya hökm sürür.

Eokologiya.az  xəbər verir ki, küçədə iri zibil qutularının olmasına baxmayaraq, yol kənarı tullantılarla doludur.

Sakinlərin sözlərinə görə, uzun müddətdir bu vəziyyət təkrarlanır. Məsələ ictimailəşdirilməsə, zibillər oradan toplanmır. Təmizləndikdən sonra isə yenidən eyni zibillik yaranır.

“Burada üfunət iyindən nəfəs almaq olmur. Zibillərin üzərində milçək və qurd dolaşır, yol boyu hərəkət etmək mümkün deyil. Bu, sağlamlığımıza ciddi təhlükədir”, – sakinlər bildirirlər.

Zibil tullantıları, kəsilmiş ağac kolları və paketlər küçə sakinlərinin mənzərəsinə çevrilib. Onlar qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, nəticə qalıcı olmayıb. Ərazi təmizlənsə belə, qısa zamanda tullantılar yenidən yığılır.

Sakinlərin əsas tələbi küçəni zibilliyə çevirənlərə qarşı ciddi cərimə və nəzarət mexanizminin tətbiq olunmasıdır. Onların fikrincə, yalnız bu halda Türkan qəsəbəsində dənizkənarı yol təmiz və yaşanılacaq vəziyyətə qayıda bilər.










 











 


Chosen
13
2
ekologiya.az

3Sources