EN

"Real"ın yeni ulduzunun zədəsi ciddi imiş -Yaşıl meydandan neçə ay uzaq qalacağı bilindi

"Real Madrid"in müdafiəçisi Trent Aleksandr-Arnold Çempionlar Liqasının qrup mərhələsində Fransanın "Olimpik Marsel"i ilə oyunda (2:1) zədələnib.

Fanat.Az xəbər verir ki, o, təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Məlumatı klubun rəsmi saytı yayıb. Müayinə olunan futbolçunun sol ayağının bud nahiyəsindən zədə aldığı məlum olub.

İngilis müdafiəçi matçın 5-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb və Dani Karvahalla əvəzlənib. 

Madrid nəhəngi “Olimpik Marsel”i 2:1 hesabı ilə yenib ki, penaltidən vurduğu qollarla dubl edən Kilian Mbappe həmyerlilərini məyus edib.

Chosen
33
fanat.az

1Sources