"Real Madrid"in müdafiəçisi Trent Aleksandr-Arnold Çempionlar Liqasının qrup mərhələsində Fransanın "Olimpik Marsel"i ilə oyunda (2:1) zədələnib.
Fanat.Az xəbər verir ki, o, təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Məlumatı klubun rəsmi saytı yayıb. Müayinə olunan futbolçunun sol ayağının bud nahiyəsindən zədə aldığı məlum olub.
İngilis müdafiəçi matçın 5-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb və Dani Karvahalla əvəzlənib.
Madrid nəhəngi “Olimpik Marsel”i 2:1 hesabı ilə yenib ki, penaltidən vurduğu qollarla dubl edən Kilian Mbappe həmyerlilərini məyus edib.