EN

Yanvar-iyul aylarında Bakının ictimai iaşə dövriyyəsi 1 milyard manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 007,1 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58 faizini təşkil edib.

Chosen
23
vergiler.az

1Sources