EN

Azərbaycanda vergi ödəyicilərinin büdcəyə borcuAÇIQLANDI

Bu il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə 3 milyard 120,4 milyon manat borcu yaranıb.

Xezerxeber.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2 % çoxdur.

Bundan başqa, hesabat tarixinə 2 milyard 225,6 milyon manat artıq ödəmə olub.

2024-cü ildə vergi yığımları üzrə ümumilikdə 431,4 milyon manat vəsait qaytarılıb.

2024-cü ilin sonuna vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19,7% olub. Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, büdcə ilində ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20 %-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə qiymətləndirilir.

Bundan başqa, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi 14,1 % təşkil edib.

Artıq ödəmə məbləği əsasən ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaima-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldodur. 

Chosen
30
9
xezerxeber.az

10Sources