AZ

Vergi ödəyicilərinin büdcəyə borcu 3 milyard manatı keçdi

Bu il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə 3 milyard 120,4 milyon manat borcu yaranıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2% çoxdur.

Bundan başqa, hesabat tarixinə 2 milyard 225,6 milyon manat artıq ödəmə olub.

2024-cü ildə vergi yığımları üzrə ümumilikdə 431,4 milyon manat vəsait qaytarılıb.

2024-cü ilin sonuna vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19,7% olub. Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, büdcə ilində ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20%-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə qiymətləndirilir.

Bundan başqa, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi 14,1% təşkil edib.

Artıq ödəmə məbləği əsasən ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaima-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldodur.

Seçilən
6
9
axar.az

10Mənbələr