EN

Azərbaycanın xidmətlər balansının kəsiri 6%-ə yaxın azalıb

2025-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.3 milyard ABŞ dolları təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

    Məlumata görə, bunun 5.2 milyard ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 5.7% azalaraq 1.1 milyard ABŞ dolları olub.

    Məlumata görə, bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 705.2 milyon ABŞ dolları olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 342.9 milyon ABŞ dolları olub.

    Chosen
    24
    4
    banco.az

    6Sources