EN

İbrahim Kalın yenidən Dəməşqdə: Şara ilə görüş gözlənilir

Milli Kəşfiyyatın direktoru İbrahim Kalın danışıqlar aparmaq üçün Suriyanın paytaxtı Dəməşqə gəlib.

Turkustan.az xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Kalın Suriya prezidenti Əhməd Şara tərəfindən qəbul ediləcək.

Görüş zamanı ikitərəfli və regional təhlükəsizlik məsələlərinin və son hadisələrin müzakirə olunacağı gözlənilir.

MİT direktoru Kalın sonuncu dəfə may ayında Dəməşqə səfər edib, Suriya prezidenti Əhməd Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriyada Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Salamla görüşüb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
32
1
turkustan.az

2Sources