EN

Xocalı sakini: 11 yaşında çıxdığım kəndə indi ailəmlə birgə qayıdıram

Daşbulağı 11 yaşında tərk edən sakin kəndə ailəsi ilə birgə qayıtdığını bildirib.

Bu barədə Report-un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətdə Daşbulaq kənd sakini Məzahir Novruzov danışıb.

O, kəndi tərk etdikləri günü hələ də həyəcanla xatırladığını vurğulayıb:

"Kəndimizin işğal olunanda 11 yaşım vardı. O günləri indi də həyəcanla xatırlayıram. Baş verən o mənfi hadisələr uşaqlıq yaddaşımdan heç vaxt silinməyəcək. Bir vaxtlar yaddaşımda atışma səsləri ilə qalan kəndimizə indi altı nəfərlik ailəmlə, deyə-gülə qayıdırıq".

Chosen
12
2
sitat.info

3Sources