EN

Bağçada bədbəxt hadisə - Azyaşlı yaralandı

Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müəssisədən "Azərbaycan müəllimi"nə bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Chosen
21
48
far.az

10Sources