EN

İcbari tibbi sığorta haqlarının artırılması GÖZLƏNİLMİR - RƏSMİ

Azərbaycan vətəndaşları üçün icbari tibbi sığorta haqlarının gələcəkdə artırılması nəzərdə tutulmur. Hazırda bu barədə "Tibbi sığorta haqqında" Qanuna hər hansı dəyişiklik planlaşdırılmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyi sorğuya cavab verib.

Qeyd edilib ki, qanuna əsasən, dövlət və neft sektorunda, həmçinin qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi müqavilələr əsasında iş görən fiziki şəxslər və vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş vətəndaşlar icbari tibbi sığorta haqqı ödəyirlər.

Eyni zamanda, heç bir əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar icbari tibbi sığorta haqqından azaddırlar. Bu şəxslərin sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.

Beləliklə, sığorta haqqı ödəyən vətəndaşların hüquqları qorunur, eyni zamanda imtiyazlı qruplar dövlət dəstəyi ilə təmin olunur.

Şahanə Xankişiyeva

Chosen
5
1
far.az

2Sources