EN

“O, bütün dünya liderlərini özünə heyran etməyi bacarıb”

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bağlı yeni paylaşım edib, onunla dostluğun şərəf olduğunu bildirib.

ABŞ prezidentinin dönə-dönə İlham Əliyevlə bağlı paylaşımlar etməsi, dünyanın bir nömrəli supergücünün dövlətimizə, onun prezidentinə olan hörmət və ehtiramının göstəricisi, diplomatiyamızın uğuru kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp hər zaman Azərbaycanın dövlət başçısı ilə bağlı yüksək fikirdə olub. Ölkə başçısı bütün dünya liderlərini özünə heyran etməyi bacarıb. Səbəbi sadədir, prezident Əliyev ən çətin zamanlarda belə usta gedişləri ilə vəziyyəti öz xeyrinə dəyişə bilib.  Qarabağ məsələsini həll etməklə dünyadakı bütün layları yerindən oynadıb. Üstəlik, Azərbaycan prezidentinin gedişləri sayəsində şimal və cənub dəhlizləri öz yerini Azərbaycandan və Ermənistandan keçən Zəngəzur dəhlizinə verdi. İndi Azərbaycan Çindən Britaniyaya uzanan böyük ticarət dəhlizinin döyünən nəbzinə çevrilib. Təbii ki, Donald Tramp da bunu görür və qiymətləndirir”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
moderator.az

2Sources