EN

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın

Dələduzluqda ittiham edilən 25 yaşlı Füzuli rayon sakini Xətai Məmmədova (soyad şərtidir) hökm oxunub.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, istintaq zamanı Xətainin Fərid adlı tanışına 188 min manat ziyan vuraraq həmin vəsaiti ələ keçirdiyi məlum olub.

Bildirilib ki, Xətai biznes ortağı olan Fəridə gəlir əldə etmək məqsədilə dəyərindən ucuz qiymətə əmlak alıb-satmaq niyyətində olduğunu, lakin bununla bağlı çətinlik çəkdiyini bildirib.

O, Fəridin etibarından sui-istifadə edərək Namiq Canıyevə (2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı - red.) məxsus olan 1 milyon manat dəyərindəki evin guya 700 minə satıldığını və onu 500 minə ala biləcəklərini deyib. Beləliklə, Xətai Fəridi Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evinin guya dəyərindən ucuz, yəni 500000 manata satıldığını, pulunu hissə-hissə ödəyə biləcəyini və sonradan həmin evi daha yüksək qiymətə satıb gəlir əldə edə biləcəyinə dair yalandan vədlər verərək aldadıb, satıcıya ödəmək adı ilə həmin məbləği ondan alıb. Lakin sonradan N.Canıyevə 312 min manat çatdığı, 188 min manatın isə Xətai tərəfindən ələ keçirildiyi müəyyənləşib.

O da məlum olub ki, Namiq Canıyev evin qiymətində güzəşt etməyib və 700 min tələb edib. Ev sahibi məsələnin üstü açılanda Fəridlə telefon danışığında onların daha 388 min manat ödəməli olduğunu bildirib.

Chosen
37
12
publika.az

10Sources