EN

Məğrib Qətiyyət Karvanı 50 gəmi ilə Qəzzaya doğru irəliləyir

Məğrib Qətiyyət Karvanı 50 gəmi ilə Qəzzaya doğru irəliləyir

Məğrib Qətiyyət Karvanı açıqlayıb ki, 50-dən çox gəmindən ibarət Qlobal Qətiyyət Donanması Aralıq dənizi sahillərində bir araya gələrək Qəzzaya doğru yoluna davam edəcək.

Karvanın sosial media hesabında yayılan açıqlamada bildirilir ki, gəmilər Tunis, İtaliya, Yunanıstan və Liviyadakı limanlardan ardıcıl şəkildə dənizə çıxıb. İspaniyanın Barselona limanından ayın əvvəlində yola düşən gəmilər isə texniki və təşkilati səbəblərdən Tunis limanlarında gözlədikdən sonra Binzertdən yenidən marşruta qoşulub.

Məlumata görə, 50-dən çox gəmindən ibarət donanmanın Malta sahillərində birləşərək Qəzza sahillərinə birgə irəliləməsi planlaşdırılır. Gəmilər dərman, uşaq qidası və ərzaq yardımları ilə yanaşı 50-yə yaxın ölkədən yüzlərlə könüllünü daşıyır.

Qatılanlar arasında ərəb dünyasından çoxsaylı fəal, millət vəkilləri, həkimlər və ictimai xadimlərin, həmçinin Malayziya, Türkiyə və müxtəlif ölkələrdən nümayəndələrin olduğu qeyd olunub.

Beynəlxalq ictimaiyyətə müraciət olunan açıqlamada vurğulanıb ki, donanmadakı könüllülərə və fəallara ediləcək hər hansı hücum ağır cinayət və beynəlxalq hüququn pozuntusu olacaq.

Açıqlamada əlavə olaraq bildirilib ki, hökumətlərdən öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçmələri və yardımların Qəzzaya çatdırılmasını asanlaşdırmaları tələb olunur.

Chosen
20
afn.az

1Sources