EN

Polis paytaxtda mağazadan və avtomobildən oğurluq edən şəxsləri saxlayıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4 min manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə. Salmanov və 38 yaşlı E. Vəliyev saxlanılıblar. E. Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Chosen
51
8
azertag.az

10Sources