Bu ilin ikinci qismən Günəş tutulması baş verəcək. Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq və 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
Qeyd edək ki, Günəş tutulması Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, ölkəmizin ərazisindən isə müşahidə olunmayacaq.
Ü.Qarayev
XQ