EN

Qutteriş: "Ukraynada sülhə nail olmaq inandırıcı görünmür"

 BMT-nin baş katibi Antoniu Qutteriş, təşkilatın saytlnda bəyan edib ki, tərəflərin sülh danışıqlarl ilə bağlı çox fərqli mövqe tutmaları, yaxın perspektivdə  sülhə nail olmayacağını göstərir.

 "Mən Ukrayna və Rusiya arasında yaxın perspektivdə sülh razılaşması əldə olunacağına  heç də optimist yanaşmıram. Hazırda mövqelər ciddi şəkildə bir-birindən fərqlənir"- deyə BMT-nin baş katibi bildirib.

 Qutteriş qeyd edib ki, BMT tərəfləri tez bir zamanda atəşi dayandırmağa çağırıb. Baş katibin sözlərinə görə, mövqelər ərazi məsələləri ətrafında toqquşur. Ona görə də, "qəqin ki, atəşin dayandırılmasına,  hələ bir müddət də nail olmaq mümkün olmayacaq". 

 BMT-nin baş katibi elə bilir ki, dünyada hələ də bu təşkilatı saya salan var. İllərdi BMT-nin münaqişə və müharibələrlə bağlı qəbul etdikləri minlərlə qətnamə, hələdə, kağız parçası kimi havadan asılı qalır...

 Rüstəm Hacıyev

Chosen
33
adalet.az

1Sources