EN

Deputat: Güzəştlərin müddəti artırılsın

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. 

News365.az-ın məlumatına görə, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müvafiq qurumlarla müzakirə edib, məqsədə uyğun olarsa həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm", - deyə o qeyd edib.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

Chosen
18
11
news365.az

10Sources