EN

"Benfika" üzərindəki qələbə "Qarabağ"a nə qədər qazandırdı?

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda “Benfika” üzərində 3:2 hesablı qələbə qazanması klub xəzinəsinə xeyli gəlir gətirəcək.

Sportal.az xəbər verir ki, bu qələbə Ağdam təmsilçisinə UEFA-nın 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) bonusunu təmin edib.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyi üçün artıq 18 milyon 620 min avro (təxminən 37 milyon manat) bonus əldə edib.

 

saytlarin hazirlanmasi

Chosen
12
sportal.az

1Sources