EN

Aleksandr Ramalinqom: "İmişli" ilə oyunda topa nəzarət etmək olduqca çətin idi" - MÜSAHİBƏ

"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqomun Sport24.az-a müsahibəsi

– "İmişli"yə məğlubiyyəti şərh edərdiniz...

– Qubadakı meydançanın vəziyyəti ürəkaçan deyil. İstədiyimiz oyunu sərgiləmək çətin oldu. Qol imkanlarımız olsa da, onlardan yararlana bilmədik və rəqib hesabı açdı.

– Nəticəni nəyə bağlayırsınız?

– Bu, müəyyən mənada bəxtsizlik idi. Komanda olaraq daha çox çalışacağıq. Futbolda əsas məsələ daim diqqətli qalmaqdır.

– Qol vurmağa nə mane olurdu?

– Oyuna diqqətlə baxsaq görərik ki, bir çox futbolçu sürüşürdü. Keyfiyyətli butslarla belə bu hal müşahidə olunurdu. Topa nəzarət etmək və ya istiqaməti dəyişmək olduqca çətin idi.

– Məğlub olsanız da, "İmişli"nin protokol qaydalarına əməl etmədiyi üçün 3 xal sizin komandanın aktivinə yazılacağı gözlənilir...

– Texniki məğlubiyyətin, 3 xalın verilib-verilməməsi AFFA-nın qərarından asılı olacaq. Onlar müəyyən edəcəklər ki, bu, səhv olub, ya yox.

- Növbəti turda rəqib "Neftçi"dir. Gözləntiləriniz necədir?

- "Neftçi" çox güclü komandadır. Bununla belə, onlara qalib gələ bilərik. Əlimizdən gələnin maksimumunu edəcəyik.

İdman.biz

Chosen
4
1
idman.biz

2Sources